Bakı Ekspo Mərkəzinin bütün zallarını və açıq sahəsini əhatə edən bölmələrdə rekord sayda yerli və xarici şirkətlərin stendləri yer almışdır. 31 ölkədən ümumilikdə 479 şirkət və 9 ölkə milli stendlərlə təmsil olunub. Caspian Agro və InterFood Azerbaijan bu dəfə ilk dəfə olaraq ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Hollandiya, Şri-Lanka və Rusiyadan, həmçinin Tunis və Çexiyadan regional qruplara ev sahibliyi edib.
Azərbaycanın müxtəlif bölgələrindən fermerlərin iştirakı beynəlxalq əməkdaşlığa rəng qatıb. Bir çox kənd təsərrüfatı adamları və iş adamları bu sahədə aktual suallara cavab tapa biliblər. Bu il “Caspian Agro” ölkənin qırx rayonundan rekord sayda fermeri qəbul edib. 3 gün davam edən bu yarmarka zamanı müxtəlif müsabiqələr, kənd təsərrüfatının gələcəyi ilə bağlı konfranslar, kənd təsərrüfatının inkişafında Heydər Əliyevin Effektiv Kənd Təsərrüfatı Siyasəti, Kənd Təsərrüfatında İnnovativ Həlllərə əsaslanan Texnologiya, Ekoloji Kənd Təsərrüfatı, Rəqəmsal Kənd Təsərrüfatı, Yaşıl Kənd Təsərrüfatı mövzularında təqdimatlar keçirilib.
Sektorun önəmli şirkətlərindən olan “AZAGROMİLA” MMC-nin mütəxəssis heyəti üzvi gübrələrin istehsalı, istifadə sahələri, faydaları, istixana, açıq tarla və meyvə-tərəvəz becərilməsi, torpaqsız əkinçilik kimi mövzulara toxunmaqla, damlama suvarma gübrələri, kökləndiricilər və maye gübrələr haqqında ziyarətçilərə ətraflı məlumatlar vermişlər. Stendimizi ziyarət edən Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit BAĞCI və bütün digər ziyarətçilərimizə göstərdikləri böyük maraq üçün təşəkkür edirik!